DÇ: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu
- 22 Avq 2023 20:00
- 386
Avqustun 23-də Xorvatiyada start götürəcək yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.
23-26 avqustda fərdi, 27 avqustda isə komanda növündə qaliblərin adına aydınlıq gələcək. Yarışda 64 ölkədən 576 idmançı mübarizə aparır.
Oğlanlar
50 kq
Məhəmməd Məmişov - Stefan Vinciç (Bosniya və Herseqovina)
Nihad Məmişov - Amza Chatti (Fransa)
55 kq
Ayxan Mirzəzadə - Loiq Kudbodinov (Tacikistan)
Mirxaliq İskəndərov - Tiaqo Talon (Fransa)
60 kq
Məhəmməd Musayev - Amsar Camaldinov (Belçika) - Rozga Rozqa (Xorvatiya) cütünün qalibi
66 kq
Əbil Yusubov - Mişiqtoqo Tsedendamba (Monqolustan) - Razmik Qaltsyan (Ermənistan) cütünün qalibi
Cəsur İbadlı - Aqustin Ledesma (Paraqvay)
73 kq
Süleyman Şükürov - Aminjon Abducalilzadə (Tacikistan) - Batur Mərdanov (Türkmənistan) cütünün qalibi
90 kq
Aslan Kotsoyev - Perez Ramirez (İspaniya)
+90 kq
Ramazan Əhmədov - Emiliano Rossi (İtaliya) - Lukas Paulauskas (Litva) cütünün qalibi
Qızlar
40 kq
Nigar Məmişova - Dilara Kandimova (Türkmənistan)
44 kq
Məryəm Bayramzadə - Gabriela Herta (Moldova)
48 kq
Vüsalə Hacıyeva - Malek Othmeni (Tunis) - Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi
52 kq
Xədicə Qədəşova - Mina Qaciç (Serbiya)
63 kq
Kamilla Toholiyeva - Kasandra Kovacı (Albaniya)