DÇ: Azərbaycan cüdoçusu gümüş medalla kifayətləndi
- 24 Avq 2022 20:46
- 462
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında dünya çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, ilk gündə Azərbaycan yığmasının üzvlərindən yalnız Şahin Oruczadə mükafatçılar sırasına düşə bilib.
55 kq-da çıxış edən idmançımız ilk görüşündə ermənistanlı Vahe Aqasyanı, ardınca Birləşmiş Ərəb Əmirliklərindən olan Ail Mehdini məğlub edib. Finala gedən yolda isə o, gürcüstanlı Saba Sabaşvilini mübarizədən kənarlaşdırıb. Oruczadə həlledici qarşılaşmada Fransa təmsilçisi Zakariya Diyolla üz-üzə gəlib. Qızıl medal uğrunda qarşılaşmada rəqibinə cərimə xalları ilə mğlub olan Oruczadə gümüş medalla kifayətlənib.
50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.