DÇ: Azərbaycanın bir cüdoçusu qalib, digər idmançısı üçüncü oldu
- 31 Avq 2024 13:20
- 281
Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.
Rekord.az xəbər verir ki, Cəsur İbadlı (-73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (-81 kq.) isə bürünc medal qazanıb.
Azərbaycan 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunur. Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparır.
Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəkidə Cəsur İbadlı,-81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.
Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.