DÇ: Azərbaycanın daha 3 cüdoçusu medalsız qaldı
- 08 May 2023 17:00
- 330
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.
Amma onların hamısı günü medalsız başa vurub. 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırsa da, Amandine Buçarda (Fransa) yenilib. Eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olsa da, Odette Giuffrıde (İtaliya) ilə bacarmayıb.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.