DÇ: Dadaşov da uduzdu, son 2 təmsilçimiz mübarizəyə qoşulur
- 20 Noy 2022 14:21
- 421
Azərbaycanın son iki taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, kişilərin 58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov yarışa 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə Dmitri Naqayev (İsrail) / Anxel Martines (Puerto-Riko) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların 46 kq çəkisində yer alan Minayə Əkbərova isə eyni mərhələdə serbiyalı Lana Komnenoviçi sınağa çəkəcək.
Ötən gün 54 kq çəkidəki Səyyad Dadaşov ilk qarşılaşmasında çinli rəqibinə uduzub.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız kişilərin 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev bürünc medal qazanıb.