DÇ: Elcan Hacıyevdən bürünc medal
- 13 Avq 2022 13:15
- 534
Ekvadorun Quayakil şəhərində təşkil olunmuş cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialln üçüncü günündə Azərbaycanın daha üç təmsilçisi tatami üzərinə çıxıb.
Onlardan yalnız Elcan Hacıyevin çıxışı uğurlu alınıb. 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz qazaxıstanlı Maksim Merlana qalib gələrək çempionatın bürünc medalını qazanıb.
Eyni çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev, həmçinin 90 kq-da yarışan Vüqar Talıbov medalsız qalıb.
65 ölkədən 400-ə yaxın idmançının qatıldığı və dörd gün davam edəcək mundialda ölkəmiz 8 idmançı ilə təmsil olunur. İlk iki gündə mübarizəyə qoşulan cüdoçular - Turan Bayramov (60 kq), Qadir Hüseynov və Vüsal Qələndərzadə (hər ikisi 73 kq) medalsız qalıblar. Bu gün - 13 avqustda daha iki idmançımız - Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.