DÇ: Əliyev qardaşlarından biri uduzdu, digəri mərhələ adladı
- 03 May 2023 19:15
- 384
Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.
107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.