DÇ: Kərimov da medal qazana bilmədi
- 01 İyn 2023 18:00
- 313
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub.
Rekord.az xəbər verir ki, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb.
İdmançı növbəti raundda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.
Dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız başa vurub.