Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında bu gün qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə final yarışı başa çatıb.

Rekord.az xəbər verir ki, turnirdə qızıl medalı 54 xalla Slovakiya təmsilçisi Danka Bartekova qazanıb.

Ondan cəmi 1 xal geri qalan Dania Vissi ikinci yeri tutub. Yunanıstanlı Emmanuela Katzuraki isə bürünc mükafata yiyələnib.

İlk yeri tutanlarla yanaşı, finalçı Krovetto Çadid və finala yüksələ bilməyən Türkiyə təmsilçisi Sena Can Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.