De Bleket mövsümün sonunda AFFA Hakimlər Komitəsinin sədri postundan ayrıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, səbəb heç də belçikalının işinin öhdəsindən gələ bilməməsi deyil.

Məsələ de Blekerin maaşı ilə bağlıdır. Sözügedən şəxs hazırda ayda 40 min dollar maaş alır. Bu isə heç də az məbləğ sayıla bilməz. Üstəlik, yeni mövsümdən Premyer Liqada komanda sayı artır, AFFA əlavə olaraq daha iki komandaya maliyyə yardımı etməlidir. Klublara ayrına illik 3 milyon manatın 2.5 milyon manata endirilməsi də büdcəyə qənaətə görədir.  Yəni federasiya xərclərə qənaət etmək üçün de Blekerlə yolları ayıra bilər.