De Rossi “Roma”nın baş məşqçisi olmaq istəyir
- 12 Apr 2020 13:42
- 589
Futbol üzrə İtaliya yığmasının və “Roma”nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi paytaxt klubunun baş məşqçisi olmaq istəyir.
Rekord.az xəbər verir ki, bir neçə ay öncə futbolçu karyerasını başa vuran De Rossi bu barədə “Sky Sport Italia” nəşrinə açıqlamasında məlumat verib:
“20 il eyni klubda oynamaq çox nadir görünür. Ona görə mənim karyeramı qeyri-adi saymaq olar. Təbii ki, məşqçi olsam, eyni şeyi arzulaya bilmərəm. Çünki məşqçi həyatı elə də uzun sürmür. Mən “Roma”nın baş məşqçisi olmaq istərdim. Amma bunun üçün hələ lazım olan məşqçilik təhsilini almalıyam. Hansı ki, bütün gənc mütəxəssislər bu yolu keçiblər”.
Qeyd edək ki, De Rossi karyerasının son dönəmində Argentinanın “Boka Xuniors” klubunun uğurları üçün çalışıb.