“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun vəziyyəti ilə bağlı məlumat ortaya çıxıb.


Niderlandlı oyunçu İspaniya çempionatının “Osasuna” ilə keçirilən matçında (3:0) fasilədə əvəzlənib.


Rekord.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu La Liqanın 29-cu turunda “Jirona”ya qarşı keçiriləcək oyunda iştirak edə biləcək.


De Yonq ümumilikdə bu mövsüm bütün yarışları nəzərə alsaq, 30 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Kataloniya derbisi sabah keçiriləcək.