
“Debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm” - Dadaşov
- 16:40
- 39
“Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
Polşanın "Radomyak" klubunda çıxış edən 25 yaşlı hücumçu ölkə çempionatının 23-cü turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Üç xal qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik".
Görüşün 80-ci dəqiqəsində meydana daxil olan Renat Dadaşov 90-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. "Radomyak" fevralın 24-də forvardı heyətinə qatdığını açıqlamışdı.