"Dəfələrlə Azərbaycanaa gələcəyimə söz versəm də, alınmayıb"
- 09 Sen 2021 16:39
- 674
"MDB Oyunları ilk dəfədir keçirilir. Bu, gözəl təşəbbüs və muay tay üçün əla fürsətdir.
Oyunlarda inanılmaz rəqabət var. Bu cür yarışların keçirilməsi muay tayın populyarlaşması baxımından da önəmlidir".
Rekord.az xəbər verir ki, bunu Beynəlxalq Muay tay Federasiyasının prezidenti Stefan Foks I MDB Oyunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan tay boksçularının yarışdakı çıxışını dəyərləndirən funksioner ölkəmizdə istedadlı idmançıların çox olduğunu bildirib:
"Bu, yeni nəsildir. Azərbaycan son 3-4 ildə bu idman növü üzrə xeyli inkişaf edib. Burada hər zaman güclü idmançılar olub".
Muay tayın olimpiya proqramında olmadığını xatırladan Foks Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müzakirələrin davam etdiyini vurğulayıb:
"Amma qarşıda xeyli sayda beynəlxalq yarış var. Gələn il ABŞ-da, 2023-cü ildə Tailandda turnirlərimiz olacaq".
O, tezliklə Azərbaycana gələcəyini əlavə edib: "Dəfələrlə söz versəm də, alınmayıb. Yaxın vaxtlarda Azərbaycana gəlib, Milli Olimpiya Komitəsini və yerli federasiyanı ziyarət edəcəyəm".