İspaniyanın “Deportivo” klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik edib.

Rekord.az xəbər verir ki, 2-ci Liqa təmsilçisi Xuan Ankela ilə vidalaşmağa qərar verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ilin iyul ayından bu komandanı çalışdıran 62 yaşlı ispaniyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub.

Artıq komandanın yeni baş məşqçisi də məlumdu. Klubun rəsmi saytının yaydığı məlumata görə, komandanı bundan sonra Luis Sesar çalışdıracaq. 53 yaşlı məşqçi əvvəllər “Tenerife”, “Valyadolid” və “Luqo”nu çalışdırıb.

“Deportivo” Sequnda Liqada 10 turdan sonra cəmi 8 xalla 22 kollektiv arasında 20-ci pillədə qərarlaşıb.