"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli Anxel Di Mariya ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, argentinalının ünvanına tərif yağdırıb: "Di Maria hər kəs üçün nümunədir, o, əsl fenomendir. Qazana biləcəyi hər şeyi qazandı. Buna baxmayaraq dünyanın ən təvazökar insanıdır. Bizimlə birlikdə məşqə gəldi, Amma o, dünyanın ən təvazökar insanı kimi bizə məşq etmək üçün gəldi. Bu, fenomen çempionla digərləri arasındaklı fərqdir".