PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya sosial şəbəkədə yeni foto paylaşıb.

Rekord.az xəbər verir ki, Anxelin “instaqram”da paylaşdığı foto izləyicilərin marağına səbəb olub.

Argentinalı futbolçu PSJ-nin digər oyunçuları – Leandro Paredes, Neymar, Marko Veratti və “Barselona”lı Lionel Messi ilə şəkil çəkdirib.

Di Mariya fotoya belə şərh yazıb: “Dostlarla”.

Amma Di Mariya dostların harda bir araya gəldikləri barədə məlumat verməyib.