Di Mariya millidən getdi
- 15 İyl 2024 17:00
- 216
Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya yığmadakı karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, Amerika Kubokunun finalında Kolumbiya ilə matç (1:0) Di Mariya üçün millidə sonuncu oyun olub.
36 yaşlı futbolçu çempion olduqları görüşdən sonra milli ilə vidalaşmasını da şərh edib: “Milli komandadan belə ayrılmaq mənim arzum idi. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”.
Hazırda "Benfika"da çıxış edən Di Mariya 2008-ci ildən oynadığı Argentina millisində 145 oyuna 31 qol vurub.