"Yuventus"un futbolçusu Paulo Dibala  komandada sonuncu oyununu keçirib.

Rekord.az xəbər verir ki, forvard A seriyasının 37-ci turunda  "Latsio" ilə matçından (2:2) əvvəl görüşün onun üçün son olduğunu bildirib.

Meydana start heyətdə çıxan 28 yaşlı hücumçu azarkeşlərin alqış sədaları altında 78-ci dəqiqədə əvəzlənib. Dibala oyundan sonra göz yaşlarını saxlaya bilməyib.  Komanda yoldaşları isə argentinalı oyunçuya dəstək olub, onu bir neçə dəfə qucaqlayıb havaya atıblar.

Qeyd edək ki, Dibala 2015-ci ildən  Turin təmsilçisinin formasını geyinirdi.