“Difai”yə texniki məğlubiyyət verildi
- 26 Dek 2024 13:25
- 54
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İmişli” – “Cəbrayıl” oyununda “İmişli” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.
“İmişli” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“İmişli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilib.
“Mingəçevir” – “Qəbələ” oyununun 89-cu dəqiqəsində “Mingəçevir” komandasının 18 nömrəli futbolçusu Elvin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 50 manat cərimə edilib.
“Mingəçevir” – “Qəbələ” oyununun 90-cı dəqiqəsində “Mingəçevir” komandasının 7 nömrəli futbolçusu Aqil Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 50 manat cərimə edilib.
“Difai” – MOİK oyununun 63-cü dəqiqəsində “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Difai” klubu 50 manat cərimə edilib.
“Difai” – MOİK oyununun 73-cü dəqiqəsində “Difai” komandasının 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Difai” klubu 150 manat cərimə edilib.
“Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Difai” komandası 400 manat cərimə edilib.