Dik Advokatla daha bir il - RƏSMİ
- 22 Apr 2020 12:42
- 732
Niderlandın “Feyenoord” klubun baş məşqçisi Dik Advokatla müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
72 yaşlı mütəxəssisin sözləşməsi 2021-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Advokat 2019-cu ilin oktyabr ayından “Feyenoord”u çalışdırır. Onun komandası Erediviziyada 25 turdan sonra 50 xalla 3-cü sırada qərarlaşıb.