Monakoda şahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatası keçirilib.

Rekord.az xəbər verir ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib. 

Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib. 

Diana “Çağırış Kuboku-2023” reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.