“Neftçi” PFK-nın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə keçirəcəyi ilk oyunun vaxtı açıqlanıb.

Rekord.az xəbər verir ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.