
“Dinamo” və “Şəfa”dan darmadağın
- 11 Mar 2025 19:40
- 62
2-ci Liqada 16-cı tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.
“Dinamo” “Füzuli”yə, “Şəfa” da “Şimal”a böyük hesabla qalib gəlib. “Şahdağ Qusar” isə “Araz Saatlı” ilə ev oyunundan qalib ayrılıb.
2-ci Liqa
16-cı tur
11 mart
“Dinamo” – “Füzuli” 5:2
Qollar: Şahin Əliyev, 14-pen; 25; 35; 70-pen. Əlibala Ağayev, 90+3 - Elgün Abbaslı, 40-pen. Əl-Musənnə Omran, 43.
“Şəfa” – “Şimal” 3:0
Qollar: Ruslan Hacıyev, 21. Emin Zamanov, 69. Elvin Nəsibov, 83.
“Şahdağ Qusar” – “Araz Saatlı” 1:0
Qol: Emin Quliyev, 79.