Futbol üzrə Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Ərzurumspor”un qonağı olub.


Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsində meydana daxil olub.


20 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.