
Diniyevin komandası baş məşqçisiz qaldı
- 18:20
- 37
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi Türkiyənin “Çorum” klubunun rəhbərliyi baş məşqçi Tuncay Şanlını istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu, komandanın “Ankaragücü”nə məğlubiyyətdən (0:1) sonra baş verib.
Diniyev bu görüşün ilk hissəsində meydanda olub və fasilədə əvəzlənib. Oyundan sonra rəhbərlik uğursuz nəticələrə görə Şanlı ilə yollarını ayırıb.
“Çorum” Türkiyə birinci liqasında 51 xalla 13-cü pillədə qərarlaşıb.