Divizion klublarının da cəzası açıqlandı
- 22 Okt 2019 16:00
- 823
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Qarabağ-2” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 80 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində qonaq komandanın futbolçusu Zamiq Əliyev təhqiredici ifadələr işlətdiyinə üçün 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Neftçi-2” – “Zaqatala” matçında xərək daşıyan uşaqların sayı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.
“Keşlə” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Asif Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Sabah” matçında meydan sahibləri oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunub. Təhlükəsizlik xidmətinin əməkdaşı oyundan öncəki iclasda iştirak etmədiyinə görə, meydan sahibi klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Turan Tovuz” matçında meydan sahiblərinin 4, qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Turan Tovuz”un masajçısı Aydın Yusifov ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub. Təhlükəsizlik xidmətinin əməkdaşı oyundan öncəki iclasda iştirak etmədiyinə görə, meydan sahibi klub 80 manat cərimə olunub.