Divizionda komanda sayı azala bilər
- 19 Fev 2020 14:00
- 1146
Növbəti mövsüm I Divizionda iştirak edən komandaların sayında kəskin azalma ola bilər.
Rekord.az xəbər verir ki, "Ağsu"nun ardından "Qaradağ Lökbatan"ın da dağılmaq ehtimalı var.
Bundan başqa, "Kəpəz" və "Turan Tovuz"un Premyer Liqaya gətirilməsi də gündəmdədir. "Region Liqası"ndan isə I Diviziona komanda buraxılması inandırıcı görünmür. Bu isə o deməkdir ki, hər şey bu cür cərəyan etsə, növbəti mövsüm I Divizionda 10 komanda mübarizə aparacaq.