Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı
- 23 Noy 2019 10:30
- 1020
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu 80-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da Dmitri vurub. O, 24-cü dəqiqədə penaltidən fərqlənib. Bununla da yarımmüdafiəçi cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.
14 turdan sonra 23 xala malik “Ersgebirge” 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.