Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Cari mövsümdə 6 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

17 turdan sonra 26 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.