Azərbaycanın qadın voleybolçulardan ibarət "AZERRAIL" klubu Dominikan millisinin üzvü Jineiry Martinezi transfer edib. "Rekord.az" xəbər verir ki, 26 yaşlı blokçu dünən baş tutan mövsümün ilk matçında meydana çıxıb. 

190 sm boya malik dominikanlı voleybolçu ən azı bir il Bakı klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, "AZERRAIL" ilk oyunda "Abşeron"a 1:3 hesabı ilə uduzub.