Donald Gerye: “Vurduğumuz qol təmiz idi, ofsayd yox idi”
- 02 Noy 2019 12:42
- 786
“Neftçi”nin yarımmüdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la oyundan (0:0) sonra klubun rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, haitili futbolçu komandanın hər oyuna final kimi yanaşdığını bildirib:
"Heç-heçə bizi qane etmirdi. Sona qədər vuruşduq. Qələbə qazanmaq istəyirdik. Buna yaxın idik. Hətta qol da vurduq, amma hakim qolu saymadı. Məncə, təmiz qol idi, Monroz ofsaydda deyildi. Tural Axundovun son dəqiqələrdə yerdə qaldığı epizoda isə şərh vermək istəmirəm. Çempionata yaxşı başlamamışıq deyə, hər oyuna final kimi yanaşırıq”.