Dörd futbolçuya 3 oyunluq cəza, bir komandaya texniki məğlubiyyət verildi
- 26 Dek 2024 13:50
- 55
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-16 Liqasının “Lion” PFK - “Asta” FK oyununda “Lion”un heyətində Hüseyn Hüseynov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb. “Asta”nın futbolçusu Rəsul Quliyev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb.
U-13 Liqasının “Kürmük” (Qax) – “Qax 1967” (Qax) oyunu “Qax 1967” komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Qax 1967” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Yüksək liqanın 7-ci turunun “Yasamal Bakı” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın oyunçusu Xəzər Ağalızadə təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. “Yasamal Bakı”nın oyunçusu Anar İsayev də oxşar səbəblərdən qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb.