Dortmund “Borrusiya”sında ciddi itki
- 06 Fev 2020 14:42
- 734
Dortmunt “Borrusiya”sı ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Marko Roys bir aylıq sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ölkə kubokunun 1/8 finalında "Verder"lə oyunda (2:3) zədələnib. Həkim müayinəsindən sonra onun bərpası üçün azı 4 həftə lazım olduğu müəyyənləşib.
Roysun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyunda iştirak etməyəcəyi bildirilir.
Qeyd edək ki, "Borussiya" və PSJ arasındakı ilk matç fevralın 18-də Dortmundda baş tutacaq. Bu komandaların cavab qarşılaşması isə martın 11-də keçiriləcək.