Dostu PSV-nin futbolçusunun 3 milyonunu oğurladı
- 30 Apr 2020 15:23
- 646
PSV-nin vingeri Brumanın kart hesabından böyük məbləğdə pul götürülüb.
Rekord.az xəbər verir ki, Qvineya-Bisau əsilli futbolçunun 3 milyon avrosunu onun ən yaxın dostu Du Qanso ələ keçirib.
Portuqaliya millisinin üzvü “Leyptsiq”də çıxış edərkən dostuna vəkalətlik verib. Du Qanso 2 il ərzində hesabdan pulu götürüb.
Fevral ayında villa almaq istəyən 25 yaşlı futbolçu vəziyyəti anlayıb və dostunu məhkəməyə verib.