Beynəlxalq Voleybol Federasiyası (FİVB) dünya çempionatı ilə bağlı yeni qərarını açıqlayıb. "Rekord.az" xəbər verir ki, yeni qərara əsasən, mundial bundan sonra iki ildən bir keçiriləcək. 

FİVB-dən növbəti dünya birinciliklərinin 2025 və 2027-ci illərdə təşkil olunacağı bildirilib. Bir müddət əvvəl qəbul edilmiş qərara görə isə bu yarışlarda 32 komanda mübarizə aparacaq.