Dünya çempionatına getməkdən imtina edən idmançı Mariupolda həlak oldu
- 25 Mar 2022 13:30
- 531
Ukraynanın məşhur MMA döyüşçüsü Yeqor Birkun Mariupol şəhərinin müdafiəsi zamanı öldürülüb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna Qarışıq Döyüş Sənəti Federasiyasının rəsmi feysbuk səhifəsində bildirilir.
Birkun martın 23-də "Azov" alayının tərkibində döyüş tapşırığını yerinə yetirdiyi vaxt həlak olub.
Həmin gün o, Ukrayna millisinin heyətində dünya çempionatında çıxış etməli idi. Lakin Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar idmançının planlarında dəyişiklik baş verib.