
Dünya çempionatına vəsiqə qazanan ilk komanda bəlli oldu
- 20 Mar 2025 18:00
- 89
Yaponiya millisi 2026-cı dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, yığma seçmə mərhələnin 7-ci turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundialın əsas mərhələsinə yüksəlib.
"Gündoğan ölkə" təmsilçiləri yer aldığı C qrupunda 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. Yaponiyanı 10 xalla Avstraliya təqib edir. Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.