İlin cüdo üzrə ən mötəbər yarışı olan dünya çempionatına Qətər ev sahibliyi edəcək.

Rekord.az xəbər verir ki, 7-14 may aralığında Dohada keçiriləcək çempionatda Azərbaycan yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may aralığında, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək.

Fərdi yarışlarda iştirak edəcək milli komandanın heyətini təqdim edirik:

Qadınlar

-48 kq. 
Leyla Əliyeva
Könül Əliyeva

-52 kq. 
Gültac Məmmədəliyeva
Aydan Əliyeva

Kişilər

-60 kq. 
Balabəy Ağayev 
Turan Bayramov 

-66 kq. 
Orxan Səfərov 

-73 kq. 
Hidayət Heydərov 

-81 kq. 
Səid Mollayi 

-90 kq. 
Məmmədəli Mehdiyev 
Murad Fətiyev 

-100 kq. 
Zelim Kotsoyev 

+100 kq. 
Uşanqi Kokauri