Dünya çempionu - Serbiya
- 15 Okt 2022 23:36
- 594
Niderland və Polşanın ev sahibliyi ilə keçirilən qadın voleybolçular arasında dünya çempionatı başa çatdı. "Rekord.az" xəbər verir ki, mundialın qalibi adını Serbiya millisi qazanıb.
Niderlandın Apeldorn şəhərində baş tutan finalda Serbiyanın rəqibi Braziliya olub. Avropa təmsilçisi ehtimal olunduğu kimi Braziliyadan üstün oyun sərgiləyib. 3 set davam edən qarşılaşmada serbiyalı voleybolçular cənubiamerikalılara heç bir şans verməyiblər və quru hesabla qalib gəliblər - 3:0 (26:24, 25:23, 25:17).
Bununla da Serbiya dünya çempionu adına sahib çıxıb. Bu, Serbiyanın ardıcıl ikinci çempionluğudur. 2018-ci ildə keçirilmiş mundialın qalibi də Serbiya olmuşdu.
Finalda məğlub olan Braziliya isə gümüş medal qazanıb. Bürünc mükafatçısı isə üçüncülük oyununda ABŞ-ı məğlub edən İtaliya yığması olub.
Onu da qeyd edək ki, Serbiya mundialda keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanıb və finaladək heç məğlub olmayan komandadır.