Azərbaycan Boks Federasiyasının (ABF) Hakimlər Komitəsi referilər üçün növbəti seminar təşkil edib.

Rekord.az xəbər verir ki, təlimlər kadet boksçuların Bakı zonası üzrə birinciliyinin gedişində baş tutub.

Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev tərəfindən keçirilən seminarda 15 ədalət təmsilçisi iştirak edib. Referilərə müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verilib, hakimlərin döyüşlərin gedişində əsas nəyə diqqət yetirmələrini izah edilib.

Hər il olduğu kimi, bu dəfə də yarışa yeni hakim cəlb edilib. Bu, gənclər arasında dünya çempionu olan Şaban Şahpələngovdur. 

Qeyd edək ki, seminar martda Bakıda keçiriləcək “Böyük İpək Yolu” beynəxlalq turnirində 1 ulduz imtahanına hazırlıq məqsədi daşıyıb.