Dünya futbolunda baş vermiş ən böyük faciələr YAZI + FOTOLAR
- 31 Mar 2020 12:00
- 934
Futbol dünyada idmanın şahı, ən baxımlı və ən çox tərəfdar kütləsi olan idman növü olsa da o heç də həmişə insanlara sevinc bəxş etmir. Daha doğrusu insanlar heç də həmişə futboldakı xoş anlara, qələbələrə sevinə bilmirlər. Futbol bəzən insanlara böyük üzüntülər də yaşadır. Söhbət təbii ki, yalnız qeydə alınan məğlubiyyətlərdən getmir. Bu normal hesab olunan idman məğlubiyyətidir. Söhbət daha böyük miqyasda nəzərdə tutulan futbol faciələrindən gedir. Elə ötən gün Misir çempionatında baş verən faciə bütün dünyanın diqqət mərkəzinə düşdü. Belə ki, futbol matçı başa çatandan sonra hər iki komandanın azarkeşlərinin meydançaya axıt etməsi kütləvi dava-dalaşa və ixtişaşa səbəb oldu. Nəticədə 76 nəfər insan dünyasını dəyişdi. Bu hadisə bir daha göstərdi ki, futbolun sevinci üzü olduğu kimi, faciəvi üzü də var. Misirdə baş verənlər bizi yenidən futbolda yaşanan faciələrə qayıtmağa sövq etdi. Bu hadisə həm də onu sübut etdi ki, miqyasından aslı olmayaraq, bütün futbol matçlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmalıdır. Əks halda faciə qaçılmaz ola bilər. Biz isə bu yazımızda dünya futbolunda bu günə kimi baş vermiş faciələrdən bir qismi ilə sizi də tanış edəcəyik. Bu məlumatlar 1946-85-ci illər arasında dünya futbolunda baş vermiş faciələrin bir qismini özündı əks etdirir.
1. 1946-cı il
2. 1949-cu il
3. 1958-ci il
4. 1961-ci il
5. 1962-ci il
6. 1964-cü il
7. 1967-ci il
8. 1968-ci il, 23 iyun
9. 1969-cu il
10. 1969-cu il.
11. 1971-ci i.l
12. 1979-cu il
13. 1985-cu il
1946-cı il
İngiltərənin "Bernden Park" arenasında baş tutan İngiltərə Kubokunun pltıncı raund görüşü də gözlənilməz bədbəxt hadisəylə nəticələnib. "Bolton" - "Stok Siti" qarşılaşmasında stadionun rəhbərliyi arenaya maksimumdan da çox, yəni, 40 minlik yerə 65 min azarkeş buraxmaqla faciəyə səbəb olub. Beləliklə, güclü basqıya davam gətirməyən tribunalardan birinə toplaşan 20 minə yaxın fanat ölümlə qarşılaşıb. Tribunanın uçması nəticəsində 33 nəfər həlak olub, eyni zamanda 500-ə yaxın fanat xəsarət alıb. Oyun müəyyən müddətə dayandırılsa da, federasiya rəhbərliyinin göstərişilə davam etdirilib və qapılara qol vurulmayıb. İlk görüşdə rəqib qapısından iki top keçirən Uonderers klubu növbəti mərhələyə vəsiqəni təmin edib.
1949-cu il
Daha bir bədbəxt hadisə İtaliyada qeydə alınıb. "Torino"ya məxsus təyyarı Portuqaliyadan qayıdarkən Turin yaxınlığında "Superci" qasırğasının güclənməsi nəticsində qəzaya uğrayıb. 18 futbolçunun dünyasını dəyişdiyi hava "qatar"ında çoxu italyan olmaqla, Turin klubunun kapitanı, Apennin futbolunun məşhur siması Valentina Matsola da yer alıb. Futbolçularla yanaşı, bir neçə yerli jurnalist, o cümlədən ingilis məşqçi Lesli Livsli də həyatını itirib. Buna qədər ardıcıl dörd dəfə İtaliya çempionu olan "Torino" böyük itkilərə baxmayaraq, növbəti mövsümü də qızıl medallarla başa vurub. Maraqlıdır ki, mövsümü çempion qiyafəsində başa vuran komandanın oyunçularının əksəriyyəti əvəzedici heyətdən gətirilənlər olublar.
1958-ci il
Çox güman ki, orta nəslin nümayəndəsi Münhen aviaqəzasını yaxşı xatırlayırlar. 1958-ci ildə Mett Basbinin rəhbərlik etdiyi "Mançester Yunayted" Avropa Çempionlar Kubokunun yarımfinal oyunu çərçivəsində "Srvena Zvezda" ilə cavab matçında böyük faciə ilə üzləşib. "Basbinin körpələri"ni Almaniyaya aparan təyyarə tarazlığı itirəndən sonra evlərin üstünə düşüb. Nəticədə komandanın əksər futbolçuları ilə yanaşı, "Mançester Yunayted"in 3 rəsmisi, o cümlədən 8 ingilis jurnalist həlak olub. Bununla belə, oyun baş tutub və ilk qarşılaşmada serblərlə 1:1 hesablı heç-heçəyə razılaşan "qırmızı şeytanlar" səfərdə əldə edilən 3:3-lük nəticə sayəsində adlarını yarımfinala yazdıraraq dünyalarını dəyişənlərin ruhlarını şad ediblər.
1961-ci il
Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Çili paytaxtı Santyaqodan Osornoya səfər edən "Qrin Kross"a məxsus təyyarə Los-Lastimas yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 24 nəfərin hamısı dünyasını dəyişib. Onlardan 20-si futbolçu, 2-si məşqçi, 2-si isə həkimlər briqadasının üzvləri olublar.
1962-ci il
Qabonun ən böyük şəhərlərindən sayılan Librevil də futbolda baş verən nadir tragediyaya qucaq açan yerlərdən biri olub. Şəhərin mərkəzi stadionunda baş tutan Konqo - Qabon görüşündə tribunalardan birinin dayağının uçması nəticəsində 9 azarkeş dünyasını dəyişib, 30-a yaxın tamaşaçı isə xəsarətə məruz qalıb.
1964-cü il
Dəhşətli futbol faciələrindən biri də Peruda baş verib. Paytaxt Limanın mərkəzi arenasında Yaponiyada keçiriləcək olimpiadanın seçmə qrup mərhələsi çərçivəsində Argentina yığması ilə son oyununu izləməyə gələn azarkeşlər bədbəxt hadisəylə üzləşiblər. Futbol tarixinin ən böyük faciələrindən birinə səbəb, nə qədər qəribə səslənsə də, görüşün baş hakimi olub. Referinin meydan sahiblərinin qolunu hesaba almaması nəticəsində tribunalarda yaranan çaxnaşma kütləvi qırğınla yekunlaşıb. Nəticədə 318 azarkeş həyatını itirib. 500-ə yaxın fanat ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Argentina yığması isə vurduğu yeganə qol sayəsində olimpiadada iştirak etmək hüququ qazanıb.
1967-ci il
Hesaba alınmayan qol nəticəsində növbəti faciə qardaş ölkədə - Türkiyədə baş verib. Ölkə çempionatının "Kayserispor" - "Sivasspor" oyunu çərçivəsində baş verən olayda görüşün baş hakimi meydan sahiblərinin təmiz qolunu hesaba almamaqla 41 nəfərin ölümünə səbəb olub. Bundan başqa, 600-ə yaxın azarkeş ciddi xəsarət alıb. Qol hesaba alınmayandan sonra azarkeşlər stadionu tərk etməyə başlayıblar və yaranan basabas nəticəsində günahsız insanlar həyatlarını dəyişiblər.
1968-ci il, 23 iyun
Cənubi Amerika futbolunun daima qalmaqal içində olduğu hamıya məlumdur. Amma budəfəki fakt daha acınacaqlıdır. Argentinanın məşhur "Monumental" stadionunda "River Pleyt" - "Boka Xunyors" arasında keçirilən çempionat oyunu 74 nəfərin ölümü, 113 azarkeşin isə ağır zəsarət alması ilə nəticələnib. Qonaq komandanın azarkeşləri meydana partlayıcı maddələr atandan sonra triubanalarda çaxnaşma yaranıb və nəticədə fanatlar arasında ölüm-dirim davası düşüb.
1969-cu il
Daha bir aviaqəza Boliviyada qeydə alınıb. Ölkənin ən titullu klubu - "Strongest"ə məxsus təyyarə La-Pasa reys edən zaman Anda yaxınlığında qəzaya düçar olub. Hadisə nəticəsində klubun 19 futbolçusu və prezidenti dünyasını dəyişib.
1969-cu il
Bu ildə qeydə alınan daha bir olay Salvadorda baş verib. Meksikada keçirliəcək dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutan Salvador - Honduras qarşılaşması meydan sahiblərin minimal üstünlüklü qələbəsi (3:2) və 21 nəfərin ölümü ilə nəticələnib. Azarkeşlərin ölməsi və çoxlu sayda insanın yaralanmasına həm tribunaların tam hazır vəziyyətə salınmaması, həm də iki dövlət arasında münaqişənin olması zəmin yaradıb.
1971-ci il
16 nəfərin ölümü, 150 azarkeşin xəsarəti ilə nəticələnənə hadisə Şotlandiyanın başıbəlalı arenasında - "Aybroks Park" stadionunda qeydə alınıb. Çempionat oyununda "Reyncers" - "Seltik" qarşılaşması zamanı meydan sahiblərinin qol vura bilməməsinə qəzəblənən qlazqolu fanatlar kollektiv şəkildə stadionu tərk etməyə başlayıblar. Görüşün son dəqiqələrinə təsadüf edən boşalma prosesi sonna çatmamış meydan sahibləri fərqlənə biliblər. Sevimli komandalarının hesabı açmasını eşidən azarkeşlər dərhal geri qayıtmaq istəsələr də, qarmaqarışıqlıq yaranıb və çaxnaşma nəticəsində 16 tamaşaçının həyatına son qoyulub.
1979-cu il
Nadir hallarda baş verən təyyarə qəzasının növbəti qurbanları SSRİ, daha doğrusu, Özbəkistan futbolçuları olublar. Ölkə çempionatının növğəti oyununu keçirmək üçün səfərə yollanan "Paxtakor"a məxsus hava "gəmi"si güclü duman səbəbindən tarazlığı itirərək dağa çırpılıb. Nəticədə 17 futbolçu həlak olub.
1985-ci il
Belçikanın Brüssel şəhərindəki “Eyzel” stadionunda Çempionlar Kubokunun final matçında İtaliyanın “Yuventus” klubu ilə İngiltərənin “Liverpul” komandalarının oyunu zamanı stadionun “Liverpul” azarkeşləri olan tribunası aşmış və 39 fanat həlak olmuşdu. Bu hadisə tarixə “Eyzel faciəsi” kimi düşmüşdü.