Dünya Kuboku: 3-cü mərhələ başlayır
- 05 Avq 2023 10:45
- 339
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü mərhələnin ilk görüşlərinə start veriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispan Hayme Santosla qarşılaşacaq.
Milli komandamızın üzvü Nicat Abasovun rəqibi Niderland təmsilçisi Aniş Giri olacaq. Üçqat Avropa çempionu Rauf Məmmədov FIDE adından çıxış edən vitse-dünya çempionu Yan Nepomnyaşiylə mübarizə aparacaq.
Digər iki şahmatçımızın rəqibi ABŞ təmsilçiləridir. 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Rey Robsonla üz-üzə gələcək. Qədir Hüseynov isə Lenyer Domingeslə yarışacaq.
Mübarizəni davam etdirən yeganə xanım şahmatçımız Ülviyyə Fətəliyeva üçüncü mərhələnin ilk görüşündə ağ fiqurlarla çıxış edəcək. Avropa çempionatının bürünc mükafatçısı bu mərhələdə Çin təmsilçisi, dünya çempionu Yu Vençjunu üstələməyə çalışacaq.
Oyunlar saat 15-00 da başlayacaq.