Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşdi
- 21 Avq 2023 21:00
- 410
Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrosmeyster yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə münasibətləri aydınlaşdıracaq.
Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
Hlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.