Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku davam edir.

Rekord.az xəbər verir ki, bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışları baş tutub.

Daha dəqiq olan Avstraliya yığması qızıl medal qazanıb. İkinci yeri Portuqaliya atıcıları tutublar. Üçüncü pillədə isə Türkiyə və Qazaxıstan komandaları qərarlaşıblar.

Qeyd edək ki, ümumi nəticələrə görə, Koreya komandası (3 qızıl, 1 bürünc medal) liderliyini davam etdirir. Serbiya 2 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Polşa 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü yerləri tuturlar.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda təşkil etdiyi dünya kuboku iyunun 7-dək davam edəcək.