Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun 2-ci günü start götürüb

 

Yanvarın 11-da "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Dünya Kubokunun 2-ci gününün nəticləri bəlli olub.


İdmançılar yarışın vertikal növü üzrə mübarizə aparıblar. 


Yarışın 2-ci gününün nəticələri:

Qadınlar arasında

I - yer Gachet Mollaret Axelle- Fransa

II - yer Hiemer Johanna - Avstriya

III - yer Harrop Emily- Fransa

Kişilər arasında 

I yer - Bonnet Remi - İsveçrə

II yer – Hochenvarter Christof - Avstriya

III – yer Drion DU Chapois Maximilien - Belçika


Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvar tarixlərini əhatə edəcək.


Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edəcək. 


Atletlər yanvarın 13-də individul növ üzrə mübarizə aparacaqlar. 


Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.