Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində iştirak edəcək “Neftçi”nin oyunlarının təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək.

Hər üç rəqiblə oyun sentyabrın 16-da baş tutacaq. “Neftçi” Bakı vaxtı ilə saat 12:15-də ABŞ, 14:05-də Çin milliləri, 15:05-də isə “Yuanda” ilə qarşılaşacaq.

Qeyd edək ki, 8 komandanın iştirakı ilə 16-17 sentyabrda təşkil olunacaq Dünya Qadın Seriyasının final mərhələsində qruplarda ilk pilləni tutanlar yarımfinala, ikinci və üçüncü yerlərin sahibləri isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.