İspaniya millisinin sabiq hücumçusu Fernando Lyorente peşəkar karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə veteran futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

O, 37 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Lyorente karyerası ərzində ölkəsinin "Atletik", "Sevilya" və "Eybar", İtaliyanın "Yuventus", "Napoli" və “Udineze”, həmçinin İngiltərənin "Suonsi Siti" və "Tottenhem" komandalarının formalarını geyinib. O, İspaniya yığması ilə 2010-cu ildə dünya, 2 il sonra isə Avropa çempionu olub. Hücumçu millidə 24 oyuna 7 qol vurub.