Əbilova Avropa birinciliyində gümüş medal qazandı
- 15 İyn 2024 16:30
- 511
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.
Rekord.az xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılır.
Bu gün onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb və 5-ci olub.
Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.