Bütün sahələrdə – siyasətdə, idmanda, mədəniyyətdə Azərbaycanın qələbə qazanmasına sevinirik".

 

Rekord.az xəbər verir ki, bu sözlər Əməkdar artist Ədalət Şükürova məxsusdur.

 

İncəsənət adamı "Düdelanj" - "Qarabağ" qarşılaşması haqda danışıb və ümumiyyətlə, futbola biganə olmadığını bildirib: "Futbolla mən də maraqlanıram. Futbolçularımızın qalib gəlməsinə çox şad oldum. Orada xoşagəlməz hal yaşandı. Futbolçularımıza təşəkkür edirəm ki, səbrli oldular. Komandanın kapitanı bizim azarkeşlərə müraciət etdi. Stadionda nəsə xoşagəlməz hadisə baş versəydi, komandamız problemlə üzləşə bilərdi. Fikrimcə, Lüksemburqun idman nazirinin bizim futbolçulardan üzr istəməsi yerinə düşdü və emosiyalar sakitləşdi. Dostluq etdiyim futbolçu varmı? Mahir Mədətovu (Emreli) uşaqlıqdan tanıyıram. Yaxşı futbolçudur. Fəxr edirəm ki, Azərbaycanda tanıdığım futbolçular arasında belə gənclərimiz var" (moderator.az).